Yaşıl Dərədə məskunlaşan yüzlərlə azyaşlı konstitusiyanın onlara verdiyi təhsil hüququndan yararlanmaqda çətinlik çəkir. Bu barədə Moderator.az saytını Yaşıl Dərədəki mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, yüzlərlə azyaşlı təhsil almaq üçün hər gün Yaşıl Dərə massivindən Sumqayıt şəhərinə yollanır ki, bu da saatlarla vaxt və enerji itkisi deməkdir. Üstəlik bəzi valideynlər övladlarını müxtəlif səbəblərdən Sumqayıta aparıb-gətirə bilmədikləri üçün uşaqların bir çoxu məktəb üzünə həsrət qalır. Hətta bəzi vətəndaşların mnəhz bu səbədən yaşayış massivini tərk etdiyi və Sumqayıtda kurayədə qaldığı bildirilir. Mənbənin məlumatına görə, Yaşıl Dərə sakinlərinin ehtiyacını qarşılamaq üçün ərazidə orta məktəbin inşa edilməsi məsələsi uzun müddət gündəmdə olsa da, hələ ki, bu sahədə heç bir hərəkətlilik yoxdur. Bu isə o deməkdir ki, Yaşıl Dərə məktəbliləri gələn tədris ilini də çox güman ki, Sumqayıt məktəblərində qarşılamalı olacaq.
Şamil


































































































