Mikayıl Cabbarov icra başçısının bacısını işdən çıxartdı

Hazırda oxunan: Mikayıl Cabbarov icra başçısının bacısını işdən çıxartdı

38020
Təhsil naziri Mikayıl Cabbarovun tapşırığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılan “təmizləmə” əməliyyatı yüksək vəzifəli məmur ailələrindən də yan keçməyib. AzNews.az-a daxil olan məlumata görə, BŞTİ-nin Ümumtəhsil şöbəsinin əməkdaşı Simuzər Əliyeva da işdən azad edilib. Uzun müddət Xətai rayon təhsil şöbəsində yüksək vəzifələrdə işləyən, BŞTİ yarandıqdan sonra isə qurumda fəaliyyətə başlayan S.Əliyeva Kürdəmirin icra hakimiyyətinin başçısı İrşad Əliyevin bacısıdır. 

S.Əliyeva BŞTİ-də Səbael rayon məktəbləri üzrə əlaqələndirici vəzifəsini daşıyıb. 

Ancaq yeni nazirin tapşırığı ilə idarədə “təmizləmə” işləri aparılarkən şöbənin bir neçə əməkdaşı kimi icra başçısının bacısı da vəzifədən kənarlaşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin