Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC və “Baktelekom” MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, yeni tariflərə əsasən, internet xidmətlərinə qoşulan istifadəçilər üçün sürətlər artırılıb, bunun müqabilində aylıq ödəniş haqqı endirilib.
Dəyişikliklərə əsasən, ADSL texnologiyası vasitəsilə xidmət alan bütün abunəçilər üçün aylıq istifadə haqqı minimum 35%-dək endirilib.
O cümlədən, GPON (Gigabit Passive Optical Network) texnologiyası üzərindən göstərilən xidmətlərin tariflərinə də dəyişiklik olunub. Yeni tariflər barədə ətraflı məlumatı hər iki şirkətin rəsmi veb-səhifəsi üzərindən əldə etmək mümkündür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:46 / 21.09.2021
“Aztelekom” və “Baktelekom” internet tariflərini ENDİRDİ
Hazırda oxunan: “Aztelekom” və “Baktelekom” internet tariflərini ENDİRDİ
Hazırda oxunan: “Aztelekom” və “Baktelekom” internet tariflərini ENDİRDİ
37997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.