Bir müddət öncə həbs olunan AXCP üzvü, hüquq müdafiəçisi Musa Rahimə Nəsimi Rayon Məhkəməsi tərəfindən 4 il 6 ay iş verilib.
Moderator.az Avropa.info-ya istinadən xəbər verir ki, hüquq müdafiəçisinin məhkəməsi 19 noyabr 2013 tarixdə keçirilib. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmədə Musa Rahimin 19 yaşlı bir gəncin boğazından qızıl boyunbağısını oğurladığı bildirilib. İttiham tərəfi Musa Rahimin 6 il müddətinə cəzalandırılmasını istəyib. Məhkəmə isə 4 il 6 ay müddətinə cəza kəsib. Musa Rahim özü isə bütün ittihamları rədd edərək, həbsinin sifariş olduğunu bildirib.
Qeyd edək ki, AXCP üzvü Musa Rahim digər cəbhəçi Dəyanət Babayev ilə birgə ötən il noyabrın 7-də Bakının Nizami küçəsində saxlanıblar. Onlar Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə aparılıb və noyabrın 8-də sərbəst buraxılıblar. Daxili İşlər Nazirliyi bəyan edib ki, Dəyanət Babayev və Musa Rahim noyabrın 7-də ictimai asayişi kobud şəkildə pozan hərəkətlərə yol veriblər, sərxoş halda şəhər sakini Tofiq Səlimovu təhqir edib, sonra ona yüngül dərəcəli bədən xəsarətləri yetiriblər.
AXCP fəalları xuliqanlıqda ittiham olunurlar.
Bu il mayın 1-də Musa Rahim haqqında həbs qətimkan tədbiri seçilib.





























































































