“Hakim və prokuror Gülər Əhmədovaya güzəşt edib”

Hazırda oxunan: “Hakim və prokuror Gülər Əhmədovaya güzəşt edib”

37944

Sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev Moderator.az saytına açıqlamasında sabiq millət vəkili, dələduzluq maddəsi ilə ittiham ediln Gülər Əhmədovaya verilən cəzaya münasibət bildirib. G.Əhmədovanın həm yazılan, həm də yazılmayan qanunlarla günahkar olduğunu iddia edən hquqşünas məhkəmə tərəfindən ona verilən cəzanın kifayət qədər yüngül olduğunu qeyd edib: “Bundan öncə qeyd etdiyim kimi, G.Əhmədova isintaq və məhkəmə prosesində nə deməyindən, hansı manevrlər etməsindən asılı olmayaraq, həm yazılan, həm də yazılmayan qanunlarla günahkardır. Ona tələb edilən və verilən cəzaya gəlincə deməliyəm ki, istər dövlət ittihamısının istədiyi cəza, istərsə də məhkəmənin verdiyi cəzada Gülər Əhmədovaya çox böyük güzəşt edilib. Bu, ona verilən cəzada özünü göstərir G.Əhmədovanın bu cəzadan narazı olduğuna, bununla bağlı Apellyasiya Məhkəməsinə müraciət etmək istədiyinə baxmayaraq, bu cəzanın ona böyük bir güzəşt olduğu göz önündədir. Bu cəza onun əməli ilə müqayisədə çox yüngüldür. G.Əhmədovanın aldığı cəza həm hakim, həm də prokuror tərəfindən böyük güzəşt kimi dəyərləndirilməlidir”.

 

Şamil

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin