Tərtərdə ailə dramı: müəllim arvadını niyə öldürüb?

Hazırda oxunan: Tərtərdə ailə dramı: müəllim arvadını niyə öldürüb?

37920

Tərtərdə arvadını öldürən müəllimin məhkəməsi başlayır.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 2021-ci il iyunun 18-də rayon sakini Arzu Abbasovanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin əri Anar Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Tərtər Rayon Məhkəməsinin inzibati binasının qarşısında boşanmaq üçün növbəti məhkəmə iclasına gələn arvadı Arzu Əliyevaya bıçaqla xəsarətlər yetirib onu qəsdən öldürüb.

Anar Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Anar Əliyev Şəki rayonunun Sarıca qəsəbəsində yerləşən 123 saylı Kəlbəcər rayon orta məkbəbində ibtidai sinif müəllimi işləyirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin