Bu gün Ağdama səfər edən "Qarabağ" komandası "İmarət" stadionunda olub.
Bizim.Media xəbər verir ki, klub nümayəndələri və futbolçular ermənilər tərəfindən dağıdılmış arenanın meydanında futbol oynayıblar.
Oyun iştirakçıları arasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də olub. O topa ilk toxunuşu etdikdən sonra "Qarabağ"la birgə futbol oynayıb.
Stadionda komandanın qazandığı çempionluq kuboku da nümayiş etdirilib. Səfərə klubun vitse-prezidenti Tahir Gözəl də qatılıb.
Qeyd edək ki, "Qarabağ" Ağdam səfəri zamanı həmçinin Milli Qəhrəman və komandanın mərhum baş məşqçisi Allahverdi Bağırovun məzarını ziyarət edib və Cümə məscidində namaz qılıb.
Bizim.Media