Qəzada yaralanan şəxs xəstəxanada ÖLDÜ

Hazırda oxunan: Qəzada yaralanan şəxs xəstəxanada ÖLDÜ

37839

Lənkəran rayonunda dörd gün əvvəl yol qəzasında xəsarət alan şəxs bu gün xəstəxanada dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, bir neçə gün reanimasiya şöbəsində həkim nəzarətində olan yaralı, Liman şəhər sakini, 37 yaşlı Fariz Mövsün oğlu Sadıqovun həyatını xilas etmək mümkün olmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Sabirabadda ağır yol qəzası: yaralananların ADLARI açıqlandı


Qeyd edək ki, sentyabrın 16-da Nərimanabad qəsəbəsi ərazisində yol qəzası baş verib.

"VAZ 21099" markalı avtomobilin yoldan çıxaraq çökəkliyə aşması nəticəsində sürücü, Lənkəran Rayon Qaz İstismar İdarəsinin əməkdaşı Məzahir Ağayev hadisə yerində ölüb.

Avtomobildə olan sərnişin, Liman şəhər sakini, 1984-cü il təvəllüdlü Fariz Sadıqov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin