Paytaxta tələbə axını başladı – Qalmağa ev tapılmır

Hazırda oxunan: Paytaxta tələbə axını başladı – Qalmağa ev tapılmır

37833

Bakının kirayə bazarında tələbələrin istəyinə cabab verəcək mənzillər yox səviyyəsindədir.

Bunu Bizim.Media-ya açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Minimum əməkhaqqı nə qədər olmalıdır? – Deputatdan TƏKLİF


Onun sözlərinə görə, tələbələrin Bakıya axışmasına görə, hazırda kirayə bazarında aktivlik 3 dəfə artıb.

Bölgələrdən gələn tələbələr daha çox Bakının mərkəzində, təhsil müəssisələrinə yaxın və qiyməti 500 manatədək olan mənzillər axtarırlar. Bazarda isə bu cür mənzillər demək olar ki, yoxdur. Təklif olunan evlərin qiyməti 500 manatdan yüsəkdir.

Nüsrət İbrahimli deyir ki, mənzil təklifinin tələbə nisbətən çox az olması bahalaşma gözləntisini real edir: 

“Tələb olunan mənzil seqmentində bahalaşma gözlənilir. Amma nə qədər bahalaşmanın olacağı sentyabr ayı bitəndən sonra bilinəcək”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin