Gəlinlər qaynanalarla niyə birlikdə yaşamaq istəmir? – Psixoloqdan CAVAB

Hazırda oxunan: Gəlinlər qaynanalarla niyə birlikdə yaşamaq istəmir? – Psixoloqdan CAVAB

37826

İllər keçsə də, zaman dəyişsə də gəlin qaynana mövzusu hər zaman aktual olaraq qalır. Yeni evə gəlin köçən qız çox vaxt öz ailəsi, yəni həyat yoldaşı ilə müstəqil, ayrı yaşamaq istəyir. Bu isə zamanla bir çox problemlərə yol açır. Bəzən evin kiçik və ya yeganə oğul övladı ilə bir yerdə yaşamaq istəyən valideynlər, gəlinin ayrı yaşamaq istəyi qarşısında çaşbaş qalır və bu münaqişə ayrılığa, tərəflər arasında böyük anlaşılmazlığa yol aça bilir.

Bəs, bu problemlər necə meydana çıxır? Haqlı tərəf kimdir?
 

MÖVZU İLƏ BAĞLI:

Qaynananın gəlinə hökm etməsinə necə baxırsınız? – ŞOK CAVABLAR - VİDEOSORĞU


Mütəxəssislərin fikrincə, bəzən bu qızların böyüklər tərəfindən idarəedilməmək, bəzən isə həyat yoldaşlarının sevgisini ancaq öz üzərlərində hiss etmək istəklərindən irəli gəlir.

Psixoloq Gülər Məmmədova isə düşünür ki...

Bu əsasən qızların ailə tərbiyəsindən, hansı ailədən çıxmasından asılıdır. O, Bizim.Media-ya açıqlamasında qeyd edib ki, bu insanın xarakteri, həyata baxışından asılıdır.

Orada həm də yaş faktoru da öz işini görür. 
 

“Qız uşaqlarının əsas tərbiyəsiçisi anasıdır. O qız övladı ki, evdə nənə-baba tərbiyəsi görür, mehriban münasibətlər yaşayırsa, orada sadiqlik, nəvazişin şahidi olur.


Ona görə onda uşaqlıqdan gələcək qaynana-qaynataya qarşı müsbət fikirlər formalaşır. Əgər ailədə anası və nənəsi arasında konflik yaşanırsa, o orada travma alır və düşünür ki, mənim anam kimi mən də qaynana ilə yaşasam bu cür mübahisələrlə üzləşə bilərəm. Elə bu səbəbdən də həmin qız hər zaman ayrı, hüzur içində yaşamaq istəyir. Başqa bir səbəb kimi həmin qızların evdarlıqlarının az olmasını və ailəyə tam bağlı olmamaqlarını da misal gətirə bilərik. O qisim qızlar həyatlarında hansısa qadağaları sevmirlər. Onlar daima həyat yoldaşları üçün diqqət mərkəzində olmaq, eyni zamanda kişinin anasına deyil, ona bağlı olmağına üstünlük verirlər. Bu qızlar böyüklər tərəfindən heç bir məsləhət almaq istəmirlər. O qisim hətta həyat yoldaşları tərəfindən belə hansısa qadağalara dözə bilmirlər”.
 

Ancaq hər ailədə bu fərqli olur. Bəzən isə əksinə gəlin qaynana ilə yaşamaq istəyir, lakin...
Mütəxəssis bu məsələyə də toxunub.


Söhbət əsnasında o, vurğulayıb ki, bir qisim qızlar isə, natamam ailədə böyüdüyü üçün onlar hər zaman böyük ailə arzusunda olur. 

“Məsələn ya ana, ya ata nəvazişindən məhrum olan qızlar hər zaman geniş ailədə yaşamaq istəyirlər. Digərləri isə öz peşə fəaliyyətini davam etdirmək üçün qaynanası ilə bir yerdə yaşamağa üstünlük verir.  Bu zaman o, ailə məsuliyyətinin bir qismini qaynanası ilə paylaşmaq istəyir. Hətta olur ki, qızlar birlikdə yaşamaq istəyirlər, əksinə oğlan valideynləri ilə qalmaq istəmir. Yəni belə situasiyalar da var”.

Sonda mütəxəssis qeyd edib ki, bu münasibətlərdə başqa situasiyalar da olur.

“Bəzən isə qızlar idarəedən qaynana ilə rastlaşır, həmin o qadınalrın çox çətin xasiyyətləri olur. Buna şahid olan gəlin sözsüz ki, tezliklə o mühitdən uzaqlaşıb, ayrı yaşamağı üstün sayır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin