Ramiz Göyüşov jurnalistlə bağlı şikayətini geri götürür? – Özündən AÇIQLAMA

Hazırda oxunan: Ramiz Göyüşov jurnalistlə bağlı şikayətini geri götürür? – Özündən AÇIQLAMA

37798

Məlum olduğu kimi rüşvət alarkən yaxalanan və barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilən “Azadinfo. Az” saytının rəhbəri Mahir (Xəttab) Ələkbərov Kürdəxanı təcridxanasında saxlanılır.

Jurnalist vəkili tərəfindən yaxın günlərdə cəzasının ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı vəsatət qaldıracaq. 

İddialara görə Ramiz Göyüşov intim görüntüləri əks olunan videosu ilə hədələnən jurnalistlə bağlı şikayətini geri götürmək fikrindədir. 
 

MÖVZU İLƏ BAĞLI:

Sayt rəhbəri Ramiz Göyüşovdan iki min manat rüşvət alarkən YAXALANDI


Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov bununla bağlı Bizim.Media-ya belə münasibət bildirib:

“O məsələ ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məşğul olur. Onlara müraciət edin. Mən sözümü dedim”, - deyə Ramiz Göyüşov əlavə edib.

Xatırladaq ki, Mahir Ələkbərov 8 sentyabr 2021-ci il tarixdə Azadinfo.az xəbər saytında YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntünün yayacağını bildirərək görüşməyi təklif edib.


Ramiz Göyüşov görüşə gəlmədikdə rüsvayedici məlumatları videoçarx formasında Azadinfo.az xəbər portalında yayıb.

Həmin məlumatların yayılmasının qarşısının alınması üçün Ramiz Göyüşovun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb. Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay həbs qətimkan tədbiri seçilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin