Sumqayıt “BT”-sindəki təftiş cəzalarla nəticələndi

Hazırda oxunan: Sumqayıt “BT”-sindəki təftiş cəzalarla nəticələndi

37759

Bir müddət bundan öncə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Sumqayıt “BT”-sində aparılan təftişin nəticələri bəlli olub. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, təftiş prosesi nəticəsində işində nöqsanlara yol verilən bəzi şəxslərə qarşı cəza tədbirləri həyata keçirilib: “Təftiş nəticəsində fəaliyyətində müəyyən nöqsanlara yol verən şəxslərə qarşı konkret tədbirlər görülüb. Idarənin bəzi əməkdaşları töhmətlə cəzalandırılıb. Daha ciddi nöqsanlara yol verənlər isə işdən azad edilib”.

Mənbənin bildirdiyinə görə, təftiş prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir. Bundan sonra əvvəlcədən qəbul edilən fəaliyyət planına uyğun olaraq, təftiş komissiyası digər şəhərlərdəki vəziyyəti də yoxlayacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin