AZAL-da Fəxrəddin Qazıbəyov “düyünü”

Hazırda oxunan: AZAL-da Fəxrəddin Qazıbəyov “düyünü”

37752
Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Təhlükəsizlik Xidmətinin rəisi Fəxrəddin Qazıbəyov tutduğu vəzifədən azad edilsə də, sabiq təhlükəsizlik rəisi ilə bağlı şübhə və narahatlıqlar bitmək bilmir. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, F.Qazıbəyovla bağlı şübhələri artıran başlıca amil isə onun Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilməsindən sonra hava limanında həyəcanlı vaqeələrin baş verməsidir: “F.Qazıbəyov Təhülkəsizlik Xidmətinin rəisi vəzifəsindən azad ediləndən qısa müddət sonra hava limanı ərazisində ümumi həyəcana səbəb olan bir neçə təhlükəli olayın baş verməsi sabiq təhlükəsizlik rəisi ilə bağlı şübhələrə yol açıb. Belə ki, F.Qazıbəyovun rəis olduğu dönəmdə aeroport daxilində heç bir narahatverici tendensiyanın baş verməməsi və bütün arzuedilməz olayların onun rəislikdən çıxdığı dövrə təsadüf etməsi “yuxarıları” düşünməyə vadar edib. Bəzi yetkililər hesab edir ki, silsilə nəshliklərin meydana çıxması ilə  F.Qazıbəyovun vəzifədən uzaqlaşdırılması arasında müəyyən əlaqə ola bilər. Başqa sözlə desək, ehtimal edilir ki, F.Qazıbəyov Təhlükəsizlik Xidmətinin rəisi kimi öz əvəzedilməzliyini isbatlamaq üçün ara-sıra süni problemlər yaratmağı lazım bilir”.
Mənbənin məlumatına görə, bütün bu amilləri nəzərə alan bəzi yetkililər Fəxrəddin Qazıbəyov “düyünü”nü birdəfəlik həll etmək niyyətindədir: “Son vaxtlar aeroportun təhlükəsizlik xidməti əməkdaşlarının, hava limanına təhkim edilən müxtəlif güc orqanlarının kontingentinin əbəs yerə ayağa qaldırılmasından narahat olan bəzi yetkililər hesab edir ki, F.Qazıbəyov “düyünü”nü birdəfəlik həll etmək lazımdır. Onların fikrincə, problemlərin həlli üçün F.Qazıbəyov birmənalı şəkildə AZAL-dan uzaqlaşdırılması vacibdir”.
Mənbənin sözlərinə görə, F.Qazıbəyov güc nazirlərindən birinin yaxın qohumudur və bu, ona qarşı daha sərt addımların atılmasını əngəlləyən başlıca faktordur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin