Duş qəbul edərkən BUNLARDAN ÇƏKİNİN

Hazırda oxunan: Duş qəbul edərkən BUNLARDAN ÇƏKİNİN

37698

Orqanizm üçün vacib olan əsas proseslərdən biri də dəri tənəffüsdür. Biz çimərkən dərimiz rahat nəfəs ala bilir. Bu da daxili orqanların düzgün işləməsinə kömək edir. Duş almaq bəziləri üçün hətta hobbiyə də çevrilib. Günə çimmədən başlaya bilməyən insanlar da var.

Bizim.Media xəbər verir ki, bəzi alışqanlıqlarımız pis nəticələr yarada bilər. Buna görə də bəzi məqamlara diqqət etməliyik.

Kisələnmək

Kisələnmək dəri sağlığı üçündə vacibdir. Kisələnməklə ölü dərilərdən qurtuluruq, qan dövranını sürətləndiririk. Lakin tez-tez kisələnmək dərinin zədələnməsi kimi bir çox mənfi nəticələrə gətirib çıxara bilər. Odur ki, həftədə 2-3 dəfədən çox kisələnmək tövsiyə olunmur.
İdman sonrası duşa girməmək

İdman bədən sağlığı üçün olduqca vacibdir. Bəzən idmanla məşğul olduqdan sonra yorulub duşa girməyə ərinirik. Lakin bədən tərləyərkən bədəndə bakteriya sayındada artım baş verir.

Ona görə də idman sonrası duş qəbul etmək vacibdir.

Dərini dəsmalla sərt şəkildə qurulamaq

Duş sonrası bədəni dəsmalla sərt şəkildə qurulamaq dəri toxumalarına ciddi ziyan vurur.

Tövsiyə olunur ki, dəsmalı yünglücə bədəndə gəzdirərək nəmini alın ya da hamam xalatı geyinərək nəmi özünə çəkməsini gözləyin.

Saçları hər gün yumaq

Yağlı saçlardan əziyyət çəkənlər hər gün saçlarını yumağa çalışırlar. Lakin bilmək lazımdır ki, saçların hər gün yuylması saç uzanmasının qarşısını alır və saç dərisinin gücdən düşməsinə səbəb olur. Tövsiyə olunur ki saçlarınızı hər gün deyil həftədə maksimum 3 dəfə yuyasınız.

Nəmləndirici krem

İsti su ilə duş alarkən dərimiz quruyur. Ona görə də duş qəbul etdikdən sonra dərimizi nəmləndirici kremlərlə nəmləndirmək lazımdır (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin