“Sumqayıtda 9-cu məhəllədə yerləşən 4 saylı bina iş adamının səhlənkarlığı ucbatından qəzalı vəziyyətə düşüb”. Bu barədə Moderator.az saytını Sumqayıtdakı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin “xeyir-duası” ilə sözügedən binanın zirzəmilərini alan sahibkar, bu zirzəmilərə kiçikölçülü texnikalar salaraq zirzəmilərin hündürlüyü artırmaq üçün qazıntı işlərinə start verib. Nəticədə, zirzəmilərdə lazımi simmetriya və hündürlüyü almaq üçün binanın özülünün də qazılması 4 saylı binanı qəzalı vəziyyətə salıb. Qazıntıdan sonra binanın özülündə çatlar yaranıb. Artıq məsələ ilə bağlı bina sakinləri Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edib. Sakinlərin kütləvi müraciətindən sonra icra hakimiyyəti və FHN-nin yetkililərinin hadisə yerinə cəlb olunduğu bildirilir.
Şamil
































































































