Gündüz Tahirli : “Bakıdayam”

Hazırda oxunan: Gündüz Tahirli : “Bakıdayam”

37594
Azadlıq” qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirli sosial şəbəkədə ABŞ-a köçməsi ilə bağlı yayılan xəbəri təkzib edib. “Yeni Müsavat”ın suallarını cavablandıran Gündüz Tahirli bildirib ki, Bakıdadır.
Yada salaq ki, iki gün öncə İTV-nin redaktoru Vəsilə Vahidqızı Facebook səhifəsində Gündüz Tahirlinin ABŞ-a mühacirət etdiyindən təəssüfləndiyini yazmışdı. Statusda bildirilirdi ki, G.Tahirli ABŞ-da biznes qurub və Azərbaycandan birdəfəlik gedir.
Onu da vurğulayaq ki, Azərbaycan klassik şairlərindən Mirzə Ələkbər Sabirin nəvəsi olan Gündüz Tahirli 1994-2001-ci illərdə “Azadlıq” qəzetinin baş redaktoru işləyib. 2001-ci ildə mediadan gedən G.Tahirli tikinti biznesi ilə məşğuldur. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin