Eldar Həsənov məhkəmədən xərəkdə ÇIXARILDI - FOTO 

Hazırda oxunan: Eldar Həsənov məhkəmədən xərəkdə ÇIXARILDI - FOTO 

37513

Keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında ifadə verən keçmiş səfir səhhətindəki problemlərin daha da kəskinləşdiyini deyib və xəstəxanaya köçürülməsini istəyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Eldar Həsənovun büdcəyə vurduğu zərər açıqlandı: 10 milyonlarla manat...


Eldar Həsənovun vəkilinin onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsi haqda qaldırdığı vəsatət təmin edilməyib. 

Daha sonra Eldar Həsənovun durumu pisləşib, məhkəməyə təcili yardım çağırılıb. Həkimlər onun təzyiqinin kəskin yüksəldiyini bildirib. Sabiq səfirə xərəkdə uzandırılaraq, oksigen balonu qoşulub. Həkimlər bu vəziyyətdə məhkəmədə iştirakının mümkün olmayacağını deyib. Bu səbəbdən məhkəmə sentyabrın 20-nə qədər təxirə salınıb. 

Məhkəmədən sonra sosial şəbəkədə Eldar Həsənovun məhkəmə binasında xərəkdə fotosu yayılıb.  

Eldar Həsənovun cinayət işi üzrə rəsmi məlumata görə, onu Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs külli miqdarda vəsaiti mənimsəməkdə, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin