Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir.
Bizim.Media xəbər verir ki, bunu "Xəzər xəbər"ə millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsidir.
Onun sözlərinə görə, həftəsonları ictimai nəqliyyatın işləməməsinin məntiqi izahı yoxdur.
İctimai nəqliyyatın işləməməsindən isə ən çox əziyyəti aztəminatlı ailələr çəkir. O, bu məsələni parlamentin payız sessiyasında gündəmə gətirəcəyini deyib.
Bizim.Media