Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.
Bizim.Media xəbər verir ki, bunu müğənninin qohumu Razim Qarayev deyib.
MÖVZU İLƏ BAĞLI:
Səyyad Əlizadənin səhhəti ilə bağlı SON XƏBƏR
O bildirib ki, S.Əlizadə 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxub:
"Ötən gün vəziyyəti ağırlaşdı. Axşam təcili yardım çağırdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib.
Hazırda reanimasiya şöbəsindədir və süni tənəffüs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır".
Bizim.Media