Hüseynovlar ailəsinin üç övladı Vətən müharibəsi başladığı andan cəbhəyə yollanıb.
Bizim Media xəbər verir ki, qardaşlar Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşıblar. Onlar indi də hərbi xidmədlərini davam etdirirlər.
Qardaşlar Ağstafa rayon Aşağı Kəsəmən kəndinin sakinləridir. Onlar hər iki valideynini itirib.
Bu barədə kənd sakini Samir Əhmədov paylaşım edib:
"Kəndimizin Vətən müharibəsində döyüşən Hüseynovlar ailəsi. Üç qardaşdılar, üçü də müharibə başlayandan döyüşürlər. Hazırda da cəbhə bölgəsindədirlər. Şükür salamatçılıqdı. Amma bu qardaşların nə atası var, nə də anası.
Allah dünyadan köçənlərə rəhmət eləsin! Vətən anadır deyib döyüşə yollandılar".
Ağanisə Sultan Bizim Media