Avtoxuliqanlıq edən şəxs polisi maşınla VURDU 

Hazırda oxunan: Avtoxuliqanlıq edən şəxs polisi maşınla VURDU 

37411

Tovuzda avtomobillə avtoxuliqanlıq edən şəxs həbs edilib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, sentyabrın 16-sı saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə avtoxuliqanlıq edib və onu intizama dəvət edən həmin ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin əməkdaşı polis baş serjantı İ.Qafarlını vurub. 

İ.Qafarlıya xəstəxanada ilkin tibbi yardım göstərilib. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyev saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən edilib. 

Rayon məhkəməsi tərəfindən E.Əliyevə İnzibati Xətalar Məcəlləsinin 511-ci və 535-ci maddələri ilə 1 ay müddətində inzibati qaydada həbs edilməklə 1 il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin