İnsanlar restoranda TOY etmək istəmir - SORĞU 

Hazırda oxunan: İnsanlar restoranda TOY etmək istəmir - SORĞU 

37396

Azərbaycanda Məhərrəm ayı davam edir. Ənənəyə uyğun olaraq bu ayda toylar keçirilmir. Maraqlıdır, insanlar karantin rejiminin yumşaldılmasından yararlanıb toy mərasimlərini yenə davam etdirirlərmi?

Bizim.Media bir neçə şadlıq sarayları ilə sorğu keçirib.

Məlum olub ki, Məhərrəmlikdə toylarla bağlı daxili qadağa bu il də davam edir. Baxmayaraq ki, 2 ilə yaxın ölkədə karantin rejimi tətbiq olunsa da, 1 il yarımlıq məhdudiyyətdən sonra toylara yenidən icazə verilsə də insanlar hələ də Məhərrəm ayının buyurduğu inanca sadiqliklərini nümayiş etdirirlər. 

Restoran sahiblərinin dedikləri kimi Məhərrəm ayında nə toy sifarişləri gəlib, nə də müraciət edənləri qəbul ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

“Məhərrəmlikdə toy edənləri etməyənlər qınamasın” – Azərbaycanlı alimdən AÇIQLAMA


Neolit Hall restoranından Bizim.Media-ya bildirilib ki, Məhərrəm ayında müraciət olunmadığından sifarişlər götürməyiblər:

“Məhərrəmlikdən sonraya toy yazdıranlar var. Amma əvvəlki dönəmə baxanda sifarişlər çox zəifdir. Salonlarımız iri olduğundan yalnız 150 nəfərlik sifarişləri qəbul edirik. 50 nəfərlik toy edənlərin sifarişlərini götürmürük. Sərf etmir”.

Su səsi restoranının administratorunun sözlərinə görə toylara oktyabrın 9-dan etibarən start verəcəklər:

“Oktyabrın 10-dan sonraya təxminən 10 sifariş götürmüşük. Məhərrəm ayında toy edən olmasa da, kiçik ad günləri ziyafətləri təşkil olunmuşdu. Sizə deyim ki, insanlar artıq restoranlarda toy etmək istəmirlər. Qiymətlər qalxdığı üçün, daha sərfəli qiymətə və məkana üstünlük verirlər. 99 faiz insan bir yer üçün 50 manatlıq masası olan məkanlara üz tutrlar. Bizdə isə bir nəfərlik masa 60 manatdır. 1000 nəfərlik zalda 150 nəfər üçün toy etmək sərfəli olmadığından, qiymət artıb. 50 nəfərlik ziyafətləri isə ümumiyyətlə qəbul etmirik”.

Gilavar Saray-dan isə bildirilib ki, Məhərrəm ayı bitəndən sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qərara əsasən istənilən sayda qonaqları qəbul etməyə açıqdırlar:

“Camaat 1 il yarım toy etməyib. Düzdür, qiymətlər 5-10 manat artıb. Amma öz xərclərimiz, işçilərimizin dolanmağını vacib hesab edirik. Ona görə də 50-70 və 150 nəfərlik istənilən ziyafətlərin keçirilməsi sifarişlərini qəbul edirik. Baxmayaraq ki, zallarımız saya adekvat deyil. Bir şəkildə dolanmalıyıq”.

Digər şadlıq saraylarından da saytımıza toy, nişan və digər ziyafət mərasimlərinin Məhərrəm ayı bitəndən sonra reallaşcağı deyildi.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 22-dəki qərarına görə Azərbaycanda toy, nişan, xınayaxtı və digər məclislərin keçirilməsinə iyulun 1-dən etibarən icazə verilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin