Prezident iki medalın təsvirini təsdiqlədi (FOTO)

Hazırda oxunan: Prezident iki medalın təsvirini təsdiqlədi (FOTO)

37320
Prezident “Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının "əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanununda dəyişikliklər təsdiqlənib.

Qanunla təsdiq edilmiş “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının təsviri”ndə birinci hissədə “milli” sözündən əvvəl “mərkəzində aypara və səkkizguşəli ulduz olan” sözləri əlavə ediləcək. “35 mm” sözləri “36 mm” sözləri ilə əvəz ediləcək. Beşinci hissədə “səthlidir” sözündən sonra “orta hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur” sözləri əlavə ediləcək. 

“Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentlə halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd qırmızı rəngli xara lentin kənarlarından mərkəzinə doğru ardıcıl olaraq 1 mm enində qızılı rəngli, 3 mm enində göy və yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı rəngli təbəqə bərkidilir. “Üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm” sözləri “eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm” sözləri ilə əvəz ediləcək. 


“Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklərə görə, birinci cümlədə “27 mm x 43 mm” sözləri “37 mm x 50 mm” sözləri ilə əvəz ediləcək. 
“Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, medalın 1-ci və 2-ci dərəcəsi üçün qızılı, 3-cü dərəcəsi üçün gümüşü rəngli, eni 4 mm olan təbəqə bərkidiləcək, “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz ediləcək. 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin