“Artıq Qarabağ xalqımız üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla, fədakar əsgər və zabitlərimizə bütün daşkəsənlilər adından bir daha sonsuz minnətdarlığımızı bildiririk”.
Bizim.Media xəbər verir ki, bu sözləri Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.
Rayon rəhbəri vurğulayıb ki, şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları Daşkəsən rayon İcra hakimiyyətinin nəzər və diqqətindədir.
Vətən Müharibəsi iştirakçıları və qazilərlə görüşdə müharibə iştirakçıları və qazilər keçdikləri döyüş yolundan danışıb, öz təəssüratlarını bölüşüblər.
Soda Daşkəsən rayon Şəhidlər Xiyaban ziyarət edilib. Yeni quraşdırılan dirəkdə Azərbaycan Bayrağı ucaldılıb və şəhid məzarları ziyarət olunub.
Bizim.Media