BNA Bakı kəndlərinin şikayətinə nə vaxt baxacaq? – ALTERNATİVSİZ MARŞURUTLAR

Hazırda oxunan: BNA Bakı kəndlərinin şikayətinə nə vaxt baxacaq? – ALTERNATİVSİZ MARŞURUTLAR

37303

Hələ tədris ili – yəni paytaxtda əsl sıxlıq başlanmayıb. Amma Bakıda fəaliyyət göstərən marşrut avtobuslarının fəaliyyətindən narazılıqlar artmaqdadır.

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən Bilgəh qəsəbəsi istiqamətində fəaliyyət göstərən 172 saylı marşrut avtobusunun fəaliyyətindən Bizim.Media-ya şikayət daxil olub. 

Sərnişinlər bildirirlər ki, xüsusilə axşam saatlarında işdən çıxıb, yorğun halda evə gedən sərnişinlərin əsl əzablı saatları başlanır. 
 

Onların sözlərinə görə, avtobuslar arasında interval böyükdür, bu da həm sıxlığa, həm də onların ləng çalışmasına səbəb olur. Sürücülərə şikayət edəndə isə deyirlər ki, intervalımız belədir, ondan çıxa bilmərik.


Axşam saatlarında “172”-yə minən sərnişinlər “Koroğlu” NMM-dən Bilgəh qəsəbəsinin girəcəyinə çatmaq üçün 1 saatdan artıq vaxt itirməli olurlar. Bilgəh, Maştağa və nardaranlılar avtobusa minən zaman rayon səfərinə çıxırmış kimi hazırlıq görürlər, susuz olan su, ac olan yemək alıb yeyir.

Bildirilir ki, problemi yaradan əsas səbəblərdən biri həmin marşurut xətti üzrə “172”-nin alternativinin olmamasıdır. 

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr departamentinin sektor müdiri Mais Ağayev Bizim.Media-ya açıqlamasında bildirib ki, 172 saylı marşurut xətti üzrə daşıyıcı şirkət “Ayşən LTD“-dir:

“Daşıyıcı şirkət çağırılacaq bu məsələ ilə bağlı. Əgər fəaliyyətində müsbət dönüş olmasa, qanunvericiliyə müvafiq tədbir görüləcək”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin