Şəhid ailələri onlara verilən torpaqlarda ev tikə bilmir

Hazırda oxunan: Şəhid ailələri onlara verilən torpaqlarda ev tikə bilmir

37299
 Şəhid və əlil ailələrinə Sulutəpə ərazisində verilən torpaqlarda vətəndaşların ev tikməsinə imkan verilmir. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, buna səbəb tikinti üçün verilən icazə müddətinin bitməsidir: “Sulutəpə ərazisində 6-8 il bundan öncə Qarabağ müharəbəsində şəhid olanların ailələrə verilən torpaqlarda tikinti aparmağa əlaqədar orqanlar tərəfindən icazə verilmir. Buna səbəb isə torpaq verilən tarixdə vətəndaşlara tikinti üçün verilən zaman müddətinin artıq başa çatmasıdır. Vətəndaşların sözlərinə görə, vaxtilə maddi imkanları yetərli olmadıqları üçün onlar sərəncamlarına verilən torpaq sahələrində ev tikə bilməyiblər. Bu gün isə bəzi ailələr ərazidə müəyyən tikinti işləri aparmaq istəsələr də onlara bu icazə verilmir. Başqa sözlə desək, faktiki olaraq vətəndaşlar onlara verilən torpaq sahələrindən istifadə edə bilmirlər. Vətəndaşlar hesab edir ki, tikinti üçün müəyyənləşən zaman ya əhəmiyyətli dərəcədə uzadılmalı, ya da bu yasaq yerli-dibli aradan qaldırılmalıdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin