Azərbaycanın ən böyük pivə istehsalçısı olan “Carlsberg Azerbaijan” şirkəti ilk dəfə yerli arpadan pivə istehsalına başlayıb.
Bizim.Media xəbər verir ki, bu gün zavodda pivə brendi “Xırdalan”ın yerli arpadan hazırlanmış ilk istehsal xəttinin açılışı olub.
Bununla bağlı keçirilən tədbirdə iştirak edək iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ilin may ayında nazirliklə “Carlsberg Azerbaijan” arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
MÖVZU İLƏ BAĞLI:
SAXTA PİVƏLƏR - “Hacı” pivəsinin içində spirt var”- Mütəxəssisdən HƏYƏCAN TƏBİLİ
Bildirilib ki, Nazirliklə şirkətin əməkdaşlığı “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlara daha çox çıxarılması və rəqabət qabiliyyətliliyinin təmin olunmasına xidmət edəcək.
İqtisadiyyat naziri qeyd edib ki, pivə istehsalı sahəsinə 55 milyon manatdan çox sərmayə yatıran “Carlsberg Azerbaijan” şirkətinin fəaliyyətinin genişləndirilməsi və xammal bazasının lokallaşdırılması diqqətəlayiq haldır.
“Calrsbeg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev hazırda şirkətin tərəfdaşlarla birlikdə arpanın, həmçinin pivəbişirmə sənayesində istifadə edilən digər xammal növlərinin lokallaşdırılması üzərində çalışdığını bildirib.
“Carlsberg Azerbaijan” və “AzərŞəkər” şirkətləri arpanın lokallaşdırılması üzrə pilot layihəsinə 2019-cu ildə start veriblər. Laborator tədqiqatlara əsaslanaq 2020-ci ildə əkin sahələri artırılıb. 2021-ci ildə yetişdirilmiş yerli arpadan pivə istehsalına başlanılıb.
Bu ilin yanvar-iyul ayları ərzində şirkət tərəfindən istehsala 2,5 milyon manat investisiya yatırılıb.
2022-ci ildən başlayaraq istehsal prosesində bütövlükdə yerli arpadan istifadə olunması planlaşdırılır.
Qeyd edək ki, “Carlsberg Azerbaijan” pivəbişirmə zavodunun illik istehsal gücü 8 milyon dekalitrdir. Şirkətdə 250-dək işçi çalışır və əlaqədar sahələrdə (təchizat, pərakəndə satış) 3000-dən çox iş yeri yaradılıb. Şirkətin məhsul portfelinə “Xırdalan”, “Carlsberg”, “Baltika”, “Əfsanə”, “Kronenbourg Blanc 1664”, “Seth&Riley's Garage” kimi markalar daxildir.
Bizim.Media