Bu gün Bakı Apellyasiya Məhkəməsində "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttabın (Ələkbərov) apellyasiya şikayəti təmin edilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə onun vəkili Mehman Muradlı məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Sayt rəhbəri Ramiz Göyüşovdan iki min manat rüşvət alarkən YAXALANDI
Xatırladaq ki, M.Xəttab sentyabrın 9-da Babək Göyüşovun şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media