Kəmaləddin Heydərov Cəlilabadda

Hazırda oxunan: Kəmaləddin Heydərov Cəlilabadda

37226


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 29 noyabr 2013-cü il tarixində saat 11:00-dan Cəlilabad şəhərində vətəndaşların qəbulu keçiriləcək.

Moderator.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 262) 28 noyabr 2013-cü il tarixində saat 09:00-dan başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin