Gültəkin Hacıbəyliyə qarşı facebook təxribatı

Hazırda oxunan: Gültəkin Hacıbəyliyə qarşı facebook təxribatı

37213

Sabiq millət vəkilinin adından saxta səhifə yaradılıb

Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyliyə qarşı təxribat baş verib. Onun adından facebook sosial şəbəkəsində saxta səhifə yaradılıb. Həmin profildə Daxili İşlər Nazirliyinin və polislərin ünvanına kəskin, təhqiramiz ifadələr yer alıb.  

Sabiq deputat bununla bağlı özünün facebook səhifəsində bunları yazıb: “Mənim adımdan açılan Gültəkin Hacıyeva səhifəsi mənə aid deyil. Son dəfə xəbərdarlıq edirəm, səhifəni bağlayın, əks halda rəsmi qaydada şikayət edəcəyəm. İmkanı olan hər kəsdən saxta səhifəni əngəlləməyi xahiş edirəm. Mənim fb-da yeganə ünvanım bu səhifədir.”

Musavat.com-a açıqlamasında isə G.Hacıbəyli bildirdi ki, bu, ona qarşı baş vermiş təxribatdır: “Mənim adımdan açılmış o saxta profildə təhqiramiz, mənim leksikonuma uyğun olmayan kobud ifadələr yer alıb. Bunun bir çirkin təxribat olduğundan şübhəm yoxdur.”

Bununla bağlı aidiyyatı instansiyalara müraciət edib-etmədiyini soruşduqda sabiq millət vəkili bildirdi ki, üzləşdiyi bu təxribatla bağlı hüquq-mühafizə orqanlarına rəsmi məktubla müraciət etməyi planlaşdırır. 

musavat.com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin