Arif Əliyev: “Adi bir qəzet köşkünə görə prezident göstəriş verirsə...”

Hazırda oxunan: Arif Əliyev: “Adi bir qəzet köşkünə görə prezident göstəriş verirsə...”

37183

“Ölkəyə yeni köşklərin gətirilməsi ilə bağlı çıxış etmişdim. Köhnə köşklər dəyişdirilməli idi. Lakin mən də şəhərin müəyyən yerlərində olarkən bu köşklərin ətrafının sanki bazara çevrildiyini müşahidə etdim. Maraqlandıqdan sonra məlum oldu ki, bu köşklərdə çox vaxt uyğun olmayan əşyalar satılır. Ciddi şəkildə tapşırıq verdim ki, bu neqativ hallar aradan qaldırılsın. Düşünürəm ki, qəzet satışı üçün heç bir problem ola bilməz. Əgər bu varsa, dərhal aradan qaldırılmalıdır”.Bu sözləri dünən redaktorlarla görüşən prezident İlham Əliyev deyib. 

Qeyd edək ki, yeni gətirilən  köşklər 2 ildən artıqdır ki, ölkəmizdədir və gətirildiyi gündən bu köşklərdə qəzetdən başqa hər şey satılır.  Maraqlıdır, bu günə qədər köşklərdə olan  vəziyyət barədə prezidentə niyə məlumat verilməyib?

Moderator.az-a açıqlama verən "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyevin sözlərinə görə, yaranan bu problemi  işə cavabdeh olan şəxslər də görürdülər.

"Gərək buna prezident müdaxilə etməli idi? Axı bu sahəyə cavabdeh olan şəxslər var. Onlar məgər görmürdülər ki, illərdir adı qəzet köşkü olan yerlərdə nə satılır?  Medianın inkişafına cavabdeh olan şəxslər öz funksiyalarını yerinə yetirmir. Adi bir köşk məsələsinə görə prezident göstəriş verirsə, deməli bizdə medianın inkişafı ilə bağlı qəbul olunan heç bir mexanizm işləmir."

Ekspert prezidentin çıxışından sonra nəyinsə müsbətə doğru dəyişəcəyinə pessimist yanaşdı:

"Açığı nəyinsə yaxşıya doğru dəyişəcəyinə inamım çox azdır. Bu günə qədər də media haqda yüksək fikirlər  söylənilib, amma heç bir nəticə hasil olunmayıb. Nəticəni görmək üçün məncə çox çözləmək lazım gəlməyəcək. Yaxın günlərdə hər şeyə tam aydınlıq gələcək."


Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin