Nəsimi rayonu MKTB-nın 14 saylı MİS-in vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 14 saylı mənzil istismar sahəsinin rəisi vəzifəsində işləmiş Elçin Dinayev və digərləri qanunsuz əməllərinə görə mənimsəmə, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda 101 nəfərə saxta koronavirus sənədi satan vəzifəli şəxslər həbs olundu
Elçin Dinayev 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi qurumda müxtəlif əməkdaşların işə gəlmədikləri halda onların maaş kartlarındakı məbləğləri nağdlaşdırılması yolu ilə ümumilikdə 23 min 449 manat pul vəsaitini ələ keçirib.
Sözügedən qurumda mühəndis və mühasib vəzifələrində çalışmış Naidə Əhmədova və Firəngiz Zeynalova 2019-cu ilin fevral-mart aylarından etibarən Elçin Dinayevin razılığı ilə faktiki olaraq işə gəlməyən 2 nəfər işçinin adına olan əmək haqqı kartlarını nağdlaşdırıaraq 10 min 873 manat məbləğində pul vəsaitini mənimsəyiblər.
Hazırda cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim.Media