Sabiq icra başçısının məhkəməsində 14 şahid DİNDİRİLDİ 

Hazırda oxunan: Sabiq icra başçısının məhkəməsində 14 şahid DİNDİRİLDİ 

0:00
0:00
37101

Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev və onunla birgə saxlanılan digər vəzifəli şəxslərin növbəti məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən iclasda 14 şahid dindirilib. 

Növbəti məhkəmə prosesi sentyabrın 21-nə təyin edilib. 
 

Xatırladaq ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.


O, külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma, təkrar və külli miüqarda rüşvət alma və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin