Qaçaqmalçılıqla ölkəyə daşınan təhlükə – SOS

Hazırda oxunan: Qaçaqmalçılıqla ölkəyə daşınan təhlükə – SOS

37099

Xəbər verildiyi kimi Rusiyadan Azərbaycana gətirilən külli miqdarda dərman pereparatı müsadirə edilib. Yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gizlədilən və bəyan edilməyən 7 200 kapsul, 43 ədəd müxtəlif adda dərman preparatı, 199 ədəd inyeksiya üçün iynə və 94 ədəd vakuum test borusu aşkar edilib.

Azərbaycan bazarında qaçaqmalçılıqla gətirilən dərmanlar uzun illərdir ki, olub. Zaman-zaman bununla mübarizə aparılsa da, problem azalmır. 

Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, 5 il əvvəl qaçaqmalçılıqla ölkəyə dərman gətirən böyük bir şəbəkə ifşa olunmuşdu:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı həkimdən çağırış – "Peyvənd problemin həlli üçün çıxış yollarından biridir” - VİDEO 


“Dövlət qurumlarına bu barədə biz məlumat vermişdik. Məlum oldu ki, Azərbaycanda çox məşhur aptek şəbəkələrindən birinin sahibi illər boyu bu işlə məşğul olub. Dəfələrlə həbs olunub və buraxılıb. Yenə də bu işlə məşğul olur. Ölkədə qaçaqmalçlıq yolu ilə gətirilən dərmanlar mövcuddur. Bunu istehlakçılar çox rahatlıqla ayırd edə bilərlər. İstehlakçı aldığı dırmanın içliyimə baxsın. Əgər içlik Azərbaycan dilində deyilsə, bu, birmaənalı şəkildə qaçaqmaldır. Çünki Səhiyyə Nazirliyinin icazəsi olmadan əmtəə bazarına dərman daxil olmamalıdır. Nazirlik tərəfindən dərmanların içliyinə Azərbaycan dilində təlimatlar daxil edilir, daha sonra bazara buraxılır”.

Hüquq müdafiəçisinin sözlərinə görə bu gün apteklərdə içliyi xarici dildə olan kifayət sayda dərmana rast gəlinir:
 

“Bu da o deməkdir ki, ölkədə qaçaqmalçılıq var. Dövlət bunun faizini hesablamaq istəsə, sadəcə bir aptekin monitorinqini aparıb bunu müəyyən edə bilərlər. Təssüf ki, məsələ kökündən həll olunmur.


Gətirilənlər arasında tapılmayan və qadağan olunmuş dərmanlar da yer alır. Qaçaqmalçılıqla gətirilən dərmanlar saxlanma şəraitinə uyğun olmayan şəkildə daşınır. Artıq onlar ölkəyə daxil olan zaman təhlükəli dərmana çevrilmiş vasitələr hesab olunur ki, bunlar da insanların həyatında mənfi izlərini qoyur”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin