Aeroportda azyaşlı uşaqlardan PCR testi niyə tələb olunur? - CAVAB

Hazırda oxunan: Aeroportda azyaşlı uşaqlardan PCR testi niyə tələb olunur? - CAVAB

37057

Sosial şəbəkələrdə son günlər müzakirə olunan məsələlərdən biri də uçuşlar zamanı azyaşlı uşaqlardan PCR testi və ya peyvənd pasportu tələb olunmasıdır. Hətta Mili Məlisin deputatı Razi Nurullayev də İstanbulda rastlaşdığı belə mənzərə haqında öz səhifəsində etirazını paylaşıb.

Etirazlardan belə məlum olur ki, səyahət zamanı 1 yaşdan yuxarı uşaqlara da PCR testi və ya peyvənd pasportu tələb olunur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı həkimdən çağırış – "Peyvənd problemin həlli üçün çıxış yollarından biridir” - VİDEO 


Son zamanlar bu tələb ictimaiyyətdə ciddi etiraz yaradıb. Xüsusilə 1-5 yaşlı uşaqlardan uçuş zamanı sözügedən sənədlərin tələb olunması absurd qərar kimi dəyərləndirilib. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış pediatr Vaqif Qarayevin fikrincə, uşaqlar arasında yoluxma varsa, onların test olunmasını da normal qarşılamaq lazımdır:

““Delta” ştammı çıxana qədər koronavirusun olması uşaqlarla bağlı həyəcan doğurmurdu. Bu ştammdan sonra uşaqlar da, hətta yeni doğulanlar da yoluxur. Bir sözlə COVID-in indiki vəziyyəti yaş limiti qoymur. Azərbaycan ailələrində də uşaqların yoluxma hallarına rast gəlinir. Şükür ki, gedişatı ağır olmur. Bu mənada uşaqlar birmənalı olaraq PCR testindən keçməlidirlər. Uçuş filan inzibati məsələlərdir və ona müdaxilə etmək istəmirəm. Hər ölkənin də öz tələbləri var. Amma uşaqla bağlı COVİD-ə şübhə varsa, mütləq test olunmalıdır.

Hazırda mövsümi viruslar da yayılıb. COVID olmayanda buna ciddi yanaşmırdıq. İndi isə COVID-i mövsümü virusdan ayırmaq üçün test vacibdir”.


Qeyd edək ki, 1 yaşdan 18 yaşadək olan sərnişinlər uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər. 1 yaşdan aşağı olan uşaqlar üçün isə COVID pasportu və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin