Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş keçiriləcək.
Bizim.Media-nın məlumatına görə, üç hissədən ibarət olan yürüşün 2-ci marşrutu Səməd Vurğun bağından başlayacaq.
Yürüşdə hərbi orkestrin müşayəti ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyəti iştirak edəcək.
Yürüş 28 may küçəsi - Bülbül prospekti, Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində davam edəcək.
Bizim.Media