DYP-dən sürücülərə XƏBƏRDARLIQ – Bu şəxslərin hərəkətinə məhdudiyyət qoyulacaq 

Hazırda oxunan: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – Bu şəxslərin hərəkətinə məhdudiyyət qoyulacaq 

37003

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftə sonları sərnişindaşıma fəaliyyəti ilə bağlı məlumat yayıb. 

BDYPİ-dən Bizim.Media-ya daxil olan məlumatda sürücülərin bu vəziyyətdən sui-istifadə etdiyi qeyd olunub. 

Bildirilib ki, ölkə ərazisində COVID-19-a görə həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılsa da, mövcud vəziyyətdən sui-istifadə edən bəzi şəxslər həftə sonları avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarını pozaraq qanunsuz fəaliyyət göstərməklə yanaşı, koronavirus (COVID-19) infeksiyasının yayılmasına da münbit şərait yaradırlar. 
 

Həftə içi bir gün ərzində, əsasən “Mercedes-Benz Vito” və “Mercedes-Benz Viano” markalı və digər mikroavtobus tipli nəqliyyat vasitələri ilə təkcə paytaxta yaxın yaşayış məntəqələrindən 1500-dən çox belə daşıma həyata keçirilib.  


Sürücülərin daha çox qazanc əldə etmək məqsədilə uzaq məsafəli yolu gün ərzində istirahət etmədən, yorğun halda bir neçə dəfə gedib gəlməsi ağır yol qəzalarının baş vermə riskini artırır, eyni zamanda sərnişinlər arasında sanitariya-gigiyena tədbirlərinin kobud şəkildə pozulması ölkəmizdə xəstəliyə yoluxmaların azaldılması üçün görülən tədbirlərə kölgə salır. 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını bildirib. 

Həmçinin, karantin rejimi qaydalarını pozan sərnişinlər barəsində inzibati məsuliyyət tədbirləri tətbiq olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin