Bakıda təcili tibbi yardım maşını qəzaya düşdü - xəsarət alan var

Hazırda oxunan: Bakıda təcili tibbi yardım maşını qəzaya düşdü - xəsarət alan var

36972

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO 


Qəza zamanı tibb bacısı, 1966-cı il təvəllüdlü Əhmədli Aybəniz Qələndər qızı xəsarət alıb. Yaralı digər təcili yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ mil sümüyünün yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin