“Əməkdar artist Yaqub Zurufçunun harada dəfn olunacağına ailə üzvləri qərar verəcək”.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edək ki, əməkdar artist bu gün müalicə aldığı “Yeni Klinika”da koronavirusdan dünyasını dəyişib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Yaqub Zurufçu vəfat etdi
Xatırladaq ki, Y.Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub.
Əməkdar artist 1956-cı il aprelin 8-də İran İslam Respublikasının Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub.
O, ABŞ vətəndaşı olmaqla bərabər, 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da alıb. 17 sentyabr 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına adına layiq görülüb.
Ailəli idi, 3 övladı var.
Bizim.Media