İstanbulda Nuru Paşanın məzarı ziyarət olundu - FOTO

Hazırda oxunan: İstanbulda Nuru Paşanın məzarı ziyarət olundu - FOTO

36963

1918-ci il sentyabrın 15-də Osmanlı dövləti tərəfindən Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsindən 103 il ötür.

Bizim.Media xəbər verir ki, bu münasibətlə "İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi" (İSTAD) və yerli ictimaiyyət nümayəndələri, bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən İstanbulun Ədirnəqapı Şəhidlər məzarlığında uyuyan Nuru Paşanın məzarı ziyarət olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Nuru Paşa: “Kaş ölərdim, ancaq Azərbaycan türklükdən kənar qalmazdı” - Vəfatından 72 il ötür


İSTAD rəhbəri Səfər Qaraqoyunlu "Report"un yerli bürosuna açıqlamasında 103 il öncə türk əsgərlərinin Bakını azadlığa qovuşdurmasını, bir əsrdən çox zaman keçdikdən sonra Azərbaycanın haqq davasında Türkiyənin siyasi və diplomatik dəstəyini, Azərbaycan və Türkiyə qardaşlığının nə qədər dərin köklərə malik olması ilə izah edib:

"Azərbaycan və Türkiyə prezidentləri səviyyəsində güclənməkdə olan qardaşlığımız bundan sonraki mərhələdə də birgə tərəfdaşlığın əsas fundamenti kimi qalacaq" (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin