“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində - YENİLƏNİB

Hazırda oxunan: “Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində - YENİLƏNİB

3696

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə "Baykar Savunma" şirkətinin rəhbəri, "Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar arasında onlayn formada görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüş zamanı Ülvi Mehdiyev və Haluk Bayraktar cari ilin 4-6 dekabr tarixində keçiriləcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” barədə müzakirə aparıblar.

Xatırladaq ki, ölkəmizdə ilk dəfə və onlayn keçiriləcək Hakatonda müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələləri müzakirə olunacaq.

Həmçinin mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi və rəqəmsal təbliğat mövzuları diqqət mərkəzində olacaq.

Tədbirin əsas məqsədlərindən biri də Qarabağ həqiqətlərini dünyaya çatdırmaqdır.

Bizim.Media

***


Bayraktar PUA-sının yaradıcısı ASAN-la ortaq yayım edəcək


Bu gün saat 18:00-da “Baykar Savunma”nın rəhbəri, “Türkiyə Texnologiyaları Qrupu”nun həmtəsisçisi və İdarə Heyətinin sədri Haluk Bayraktar və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ulvi Mehdiyev canlı yayımda qonaq olacaqlar.

Görüşdə 4-6 dekabr tarixində keçiriləcək “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” tədbiri müzakirə olunacaq.

Canlı yayımı İnnovasiyalar Mərkəzi (Innovations Center) səhifəsində izləyə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin