Kənd təsərrüfatı naziri Salyanda vətəndaşları qəbul edəcək.
Kənd Təsərrüfatı Nazirliyindən Moderator.az-a verilən məlumata görə, nazir Heydər Əsədov noyabr ayının 29-da saat 11:00-da Salyan rayonun Ərazi Kənd Təsərrüfatı İdarəsində (Ünvan: Salyan şəhəri, Heydər Əliyev küçəsi, 107) Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, Cəbrayıl rayonlarının sakinləri ilə görüşəcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Salyan Ərazi Kənd Təsərrüfatı İdarəsi (Əlaqə telefonu: 02125 55095; (050) 317 58 00) tərəfindən həyata keçiriləcək. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu (
[email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.