Sentyabrın 14-də Gənclər və idman naziri Fərid Qayıbov Bakı Su İdmanı Sarayında olub, milli yığma komandanın üzvləri, federasiya rəsmiləri ilə görüşərək onları dinləyib.
Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüşdə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Su İdmanı Sarayının direktoru Elçin Həsənov və digər şəxslər də iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
Yeni nazir prezidentə təşəkkür etdi - TƏFƏRRÜAT
Görüş zamanı nazirə komandaların hazırlıq prosesi, federasiyanın fəaliyyəti, görülən işlər, çətinliklər, qarşıda duran vəzifələr barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.
Daha sonra nazir Fərid Qayıbov Su İdman Sarayının fəaliyyəti və imkanları ilə yaxından tanış olub.
Bizim.Media