AMİ Mingəçevir filialında sular durulmur...

Hazırda oxunan: AMİ Mingəçevir filialında sular durulmur...

36937

Bir müddət öncə Moderator.az saytında “AMİ nin  Mingəçevir filialı barədə şok iddia” başlıqlı yazı getmişdi. Yazıda adıçəklilən şəhərdəki mənbələrə istinadən qeyd olunurdu ki, 9 oktyabr seçkilərndən cəmisi iki gün öncə Azərbaycan Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlı gözlənilmədən institutun Mingəçevir filialında peyda olaraq özü ilə Bakıdan gətirdiyi Rasim Şükürovu Təhsil Nazirliyi tərəfindən göndərilən  yeni direktor kimi kollektivə təqdim edib.  O vaxt biz Aqiyə xanımın özü ilə də əlaqə saxlamışdıq və deputat-rektor mənbəmizin iddialarını təsdiqləyərək bildirmişdi ki, doğrudan da deputat seçildiyi Oğuz rayonundan qayıdarkən Mingəçevir filialına baş çəkərək yeni direktoru kollektivə təqdim edib, ordan da Ağcabədiyə gedərək həmin rayondakı filiala da direktoru təqdim edib.

Yazıda o da qeyd olunmusdu ki, AMİ-nin Mingəçevir filialının direktor kreslosu hərraca çıxarılaraq 200 min manata satılıb. Hərracın qalibi isə Mİngəçevir Politexnik İnstitutun riyaziyyat kafedrasının müdiri Sahib Mustafayev olub. Ancaq hələlik filialın direktoru səlahiyyətlərini AMİ-nin riyaziyyat kafedrasının müdiri Rasim Şükürov icra edir. Aqiyə Naxçıvanlı isə bu məlumatı da təkzib edərək bildirmişdi ki, o heç belə bi adamı tanımır.

Mİngəçevridəki mənbələimiz yenidən saytımızla əlaqə saxlayaraq bəzi maraqlı detalları bildirməyi lazım biliblər. Onların iddiasına görə,  bu gun də filialı  qeyri rəsmi Sahib Mustafayev və baş muhasib Heyran  Şikarova idarə edir. Rasim Şükürovu isə filialda “maniken” direktor adlandırırlar. Rasim Şükürovun filialda isləyəcəyi az muddətdə missiyasi isə sən demə, Orucəli Rzayevin və Heyran Şikarovanın maliyə pozuntularının, saxtakarlıqla kulli miqdarda  dövlət əmlakının mənimsənilməsi faktlarını ört- basdır etmək,eyni zamanda filialdakı maxinasiyaların miqyasından az-çox məlumatı olan isciləri muxtəlif bəhanələrlə isdən uzaqlasdırmaqdan ibarətdir. Buna bariz subut kimi  filialın kamendantı Daşqın Adıgozəlovun şərlənərək  polislə hədələnib ərizəsinin alınmasını göstərən mənbə iddiasına görə kollektiv bunu boyuk ədalətsizlik və isciləri qorxu altında  saxlamaq cəhdi kimi dəyərləndirir.

Mənbə iddia edir ki, Sahib Mustafayevin  direktorluğa gəlisini yuxarıdaki şərtlərlə maliyələsdirən məhz O.Rzayev   və Heyran Şikarovadır, bununla ötənlərdəki maliyyə pozuntularını maksimum gizlətməyə çalışılır.

Bu gün filialda demək olar ki, hər kəs günün əsas sualına cavab axtarır ki, görəsən Rasim Şükürov xələfi Orucəli Rzayevin 2008-ci ildəki “ixtisar əməliyyat”ını  təkrarlamaq niyyətində deyil ki? Sən demə, həmin vaxt filiala direktor təyin edilən, hal-hazırda AMİ-nin Zaqatala filialında direktor olan Orucəli Rzayev hamını ixtisar xofuyla bu təhsil ocağını öz nəzarəti altına almış, sonradan kosmetik dəyişiklikllər etməklə demək olar ki, heç kimə toxunmamışdı. Yəni hər kəslə “dil” tapmağa nail olduqdan sonra ixtisar mövzusu gündəmdən çıxarmışdı...

İndi də filialda anoloji vəziyyətin hökm sürdüyü bildirilir və kollektiv üzvləri baş verənlərdən ciddi əndişə keçirməklə bərabər gizli narazılıq da müşahidə olunur, paytaxta göndərilən şikayət məktublarınının sayı sürətlə artır. Maraqli burasıdır ki,gələcəyə hazırlıq məqsədi ilə Sahib Mustafayev polis orqanlarından təqaüdə çıxmış xalası oğlunu filialın kadrlar şöbəsinə rəisi təyin etdirib. Halbuki həmin vəzifəni magistratura təhsili almış tarixçi kadr icra edirmiş, ancaq yeni direktor onunla işləmək istəmədiyindən zorla ərizə yazmağa məcbur edib.Sahib Mustafayevin  gələcək planlarının bununla bitmədiyi də vurğulanır və  dekan Nizami Zeynalovun   yerinə Orucəli Rzayevin  nöqsanlarının qurbanlarından biri,  Salyan filialina transfer olunmuş Flora Namazovanin dekan təyinatı da yeni kadr islahatlarına aiddir. Baş muhasib Heyran Sikarovann coxdan hədəfində olan tədris sobəsinin mudiri Vahid  Quliyevin yerinə isə saxtakarlıqda xususi xidmətləri olan  dəftərxana mudiri Aynurə Zeynalovanin həyat yoldası metodist  Uzeyir Zeynalov göz dikib. Artıq hər iki kadrın pədə arxasından filialı faktiki olaraq idarə edən  Sahib Mustafayevlə “dil  tapdığı” bildirilir...

İddialara görə auditin nəticələrinə görə filialda baş verən maxinasiyalardan az-çox məlumatlı olan hər kəs bir-bir işindən kənarlaşdırılır.Yəqin oxucular sual edirlər ki, hansı auditdən söhbət gedir?

Burası bir qədər qəliz məsələdir. Ancaq diribaş oxucu məhz auditin kim tərəfindən filiala çağrıldığını və niyə nəticəlıər elan olunana iki gün qalmış aranın qarışdığını öyrəndikdən sonra kələfin ucunun harda olduğunu müəyyənləşdirməkdə çətinlik çəkməyəcək və ilk baxışda qarmaqarışıq situasioya onun üçün xeyli asanlaşacaq.

Mənbə iddia edir ki, filiala 5 min manata başa gələn başabəla auditi məhz rektor Aqiyə Naxçıvanlının dəstəyinə arxalanan direktor əvəzi Xatirə Həsənova dəvət edibmiş. Ancaq auditin nəticələrinə əsasən çoxsaylı maliyyə pozuntuları üzə çıxanda Xatirə Həsənovanı prosesdən birdəfəlik kənarlaşdırmaq zərirəti ortaya çıxıb və Aqiyə Naxçıvanlının ən yaxın adamlarından biri hesab olunan direktor əvəzi direktor təyinatı alacağını gözlədiyi halda oyundankənar vəziyyət salınıb. Ancaq iddialara görə deputat-rektor X. Həsənovadan imtina etmək niyyətində deyil, mənbə deyir ki, Aqiyə Naxçıvanlı tezliklə ən sınanmış adamını ya başqa filiala, ya da Bakıdakı əsas instituta yanına aprmaq istəyir. Onun Mİngəçevir filialına direktor qoymaması isə bu filial uğrunda çoxsaylı iddiaçıların olması, bir-biriylə münaqişədə olan vəzifəli şəxslərin filialın ümumi iş ahəngini pozması, artıq bu təhsil ocağının dilə-dişə düşməsidır. A. Naxçıvanlı X. Həsənovaya söz verib ki, ara sakitləşəndən sonra onu Mİngəçevirə direktor təyin etdirmək üçün əlindən gələni əsirgəməyəcək...

Redaksiyadan: Biz yuxarıdakı bu iddiaların nə dərəcədə həqiqət olub-olmadığını bilmirik. Xatırlatmaq istəyirik ki, Moderator.az saytı hər zaman AMİ rektoru, millət vəkili Aqiyə Naxçıvanlıya böyük hörmətlə yanaşıb və əməkdaşlıq edib. Ona görə də bu yazı heç bir halda onun rəhbəri olduğu qurum haqqında neqativ imic formalaşdırmaq niyyətindən irəli gəlməyib. Sadəcə bizə edilən çoxsaylı müraciətlərə biganə qalmadıq və baş verənləri qeyd etdik ki, əgər deyilənlər doğrudursa, iş işdən keçməmiş tədbir görülsün...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin