Füzuli Musayev Virtualaz.org saytına açıqlama verərək mətbuatda haqqında belə məlumatların yayılmasına çox təəssüfləndiyini bildirib: “Bunu yazanlar boş-boş işlərlə məşğuldur. Mən ailəli adamam. Bunları yazmağa nə ehtiyac var? Çox təəssüflənirəm ki, mətbuatda belə yalan məlumatlara yer verilir”.
F.Musayev bu xəbəri həm də özünə qarşı kiminsə qərəzli mövqeyi kimi qiymətləndirib: “Bizi istəyənlər də var, istəməyənlər də. Görünür, kimsə bizi istəmir və qərəzli şəkildə belə məlumatlar yayır. Bu iddianı yazanlar ən azından onu dəqiqləşdirə bilərdilər”.
***
13.09
Gənc müğənni Ayan Babakişiyeva gizli ailə həyatı qurub. “Qafqazinfo”nun məlumatına görə, müğənni bu haqda “Onlar” verilişində məlumat verib: “Ailə həyatı qurmamla bağlı verilən suallar artıq məni bezdirib. Artıq ailəli xanımam, bunu təsdiqləyirəm, artıq ailə qurmuşam. Sevirəm, sevilirəm, ailə həyatı elə şeydir ki, onu şişirtməyə lüzum görmürəm”.
"Qafqazinfo" xəbər verir ki, Ayan məşhur idmançı, Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevlə ailə həyatı qurub.


































































































