İnterpol Azərbaycanda qanunsuz mərc edənləri AŞKARLADI 

Hazırda oxunan: İnterpol Azərbaycanda qanunsuz mərc edənləri AŞKARLADI 

0:00
0:00
36919

İnterpol futbol üzrə Avropa çempionatı vaxtı qanunsuz mərc oyunlarından milyonlar qazanmağa çalışan və çirkli pulların yuyulması üzrə fəaliyyətdə əlləri olan mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirib. 

Bizim.Media İnterpolun saytına istinadən xəbər verir ki, cinayətkar qrupların fəaliyyətinin izlənildiyi 28 ölkə arasında Azərbaycan da yer alıb. 

"SOGA VIII" əməliyyatı Asiya və Avropada 1400-dək şübhəli şəxsə qarşı minlərlə reyd və həbslə nəticələnib. 

7,9 milyon ABŞ dolları nəğd pul, habelə, 465 milyon dollar pul qoyuluşu edilən kompüterlər, mobil telefonlar müsadirə edilib. 
 

Əməliyyatı İnterpolun maliyyə cinayətləri və korrupsiya üzrə mübarizə şöbəsi Asiya və Sakit Okean Eskpert Qrupunun dəstəyi ilə həyata keçirilib. 


İştirakçı ölkələr bunlardır: Avstriya, Azərbaycan, Bəhreyn, Belçika, Bruney, Kamboca, Çin, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, Hindistan, İrlandiya, İtaliya, Malaziya, Maldiv adaları, Filippin, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sinqapur, İspaniya, İsveçrə, Böyük Britaniya, Vyetnam. 

Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda keçirilib. A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final qarşılaşmalarından 1-i Bakı Olimpiya Stadionunda gerçəkləşib. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin