“Yaşıl dərə”də ekoloji fəlakət

Hazırda oxunan: “Yaşıl dərə”də ekoloji fəlakət

36889

Sumqayıt şəhərinin “Yaşıl dərə” yaşayış massivində sözün həqiqi mənasında ekoloji fəlakət yaşanır. Bu barədə Moderator.az saytını “Yaşı dərə” sakinləri məlumatlandırıb. Vətəndaşların sözlərinə görə, yaşayış massivinin tam olaraq məskunlaşmasına baxmayaraq, ərazidə kanalizasiya sistemi yerli-dibli mövcud deyil: “Yüzlərlə evdən ibarət bu yaşayış massivində su, işıq və qaz təminatı normal şəkildə həyata keçirilsə də, kanalizasiya sisteminin mövcud olmaması ərazidə yaşayışı mümkünsüz edir. Evlərdən çıxan çirkab suların hamısı küçə və təsərrüfatlara axıdılır ki, bu da bütün ərazsini başdan-başa nəhəng bataqlığa çevirir. Problemin həlli ilə bağlı bütün əlaqədar qurumlara müraciət etsək də, hələ ki, aidiyyati orqanların heç biri məsələnin həlli istiqamətində heç bir əməli addım atmış deyil. Məhz bu səbəbdən onlarla ailə yaşayış massivini tərk edib. Belə davam edəcəyi təqdirdə yaşayış massivinin qısa müddətdə sürətlə boşalacağı və yaşayış massivinin tamamilə kanalizasiya sularının ixtiyarına veriləcəyi şübhəsizdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin