“Yeni tədris ilinin başlanması ilə əlaqədar həm sərnişindaşıma həm də yol hərəkətinin təşkilinə dair tədbirlər görülür”.
Bu barədə Bizim.Media-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
BNA Bizim.Media-nın təşəbbüsünə qoşuldu – FOTOLAR
O, qeyd edib ki, yaxın günlərdə görülən tədbirlərlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, “Bakı Metropoliteni” QSC-dən yeni tədris ilinin başlanması ilə əlaqədar sentyabrın 20-dən sərnişindaşıma fəaliyyətində bir sıra dəyişikliklərin ediləcəyi açıqlanıb.
Sıxlığın qarşısının alınması məqsədilə bəzi istiqamətlər üzrə qatarların intervalı 2 dəqiqəyədək azaldılacaq.
Paytaxtda sərnişin sıxlığının qarşısının alınması üçün marşurut avtobuslarının da sayının artırılması, onların arasında intervalın azaldılması, həmçinin tıxacların qarşısını ala biləcək tədbirlərin görülməsi zəruri hesab olunur.
Xatirə Nəsirli, Bizim.Media