Məişət zorakılığından əziyyət çəkənlər üçün qaynar xətt yaradılır

Hazırda oxunan: Məişət zorakılığından əziyyət çəkənlər üçün qaynar xətt yaradılır

3688

2021-ci ildə məişət zorakılığından zərər çəkmiş şəxslər üçün 24 saat, 7 gün açıq olan ödənişsiz qaynar xətt xidməti təşkil ediləcək. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nında əksini tapıb. 

Fəaliyyət Planına əsasən, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, yerli icra hakimiyyəti orqanlarına bununla bağlı tapşırıq verilib və aidiyyəti qeyri-hökumət təşkilatlarına prosesdə iştirak etmək tövsiyə edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin