Qohumunu gülləyən gənc qız HƏBS OLUNDU 

Hazırda oxunan: Qohumunu gülləyən gənc qız HƏBS OLUNDU 

36862

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə qətl törətməkdə təqsirləndirilən Nərmin Mehralıyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Bizim.Media xəbər verir ki, o, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, 2021-ci il noyabrın 10-da Bərdə rayonunun Mollalı kənd sakini, 1981-ci il təvəllüdlü Hacıyeva Sevda İsa qızının odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 
 

Aparılan araşdırmalarla zərərçəkmişin qohumu 1995-ci il təvəllüdlü Mehralıyeva Nərmin Güloğlan qızının birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə zamanı Sevda Hacıyevanı ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 


N.Mehralıyevaya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. 
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin